2025-ci il üzrə “Hüquqşünaslıq” ixtisasının keçid balları açıqlanıb.
“Tehsil365” xəbər verir ki, ən yüksək nəticə Bakı Dövlət Universitetində ingilis dilli tədris proqramı üzrə qeydə alınıb – 664,5 bal. Siyahıda ikinci yerdə 655,4 balla Dövlət İdarəçilik Akademiyası qərarlaşıb. Üçüncü yeri isə 633 balla ADA Universiteti tutur.
Digər ali məktəblər üzrə göstəricilər aşağıdakı kimidir:
Bakı Dövlət Universiteti – 621 bal
Milli Aviasiya Akademiyası (ingiliscə) – 618 bal
Dövlət Gömrük Komitəsinin Akademiyası – 607 bal
Milli Aviasiya Akademiyası – 602 bal
Qarabağ Universiteti – 590 bal
Naxçıvan Dövlət Universiteti – 577 bal
Beləliklə, “Hüquqşünaslıq” ixtisası üzrə ən yüksək keçid balı 664,5, ən aşağı keçid balı isə 577 olub.

