Yer üzündə təbiətin yaratdığı möcüzələrdən biri də Baykal gölüdür. Genişliyi, dərinliyi və əsrarəngiz gözəlliyi ilə seçilən bu göl təkcə Rusiya üçün deyil, bütün dünya üçün mühüm əhəmiyyət daşıyır.baykal gölü dünyanın ən dərin gölüdür
“Tehsil365” xəbər verir ki, Rusiyada yerləşən Baykal gölü dünyanın ən dərin gölü hesab olunur. Onun dərinliyi 1642 metrə qədər çatır və bu göstərici ilə digər gölləri xeyli qabaqlayır. Baykal gölü həmçinin qədimliyi ilə də tanınır, alimlərin araşdırmalarına görə, onun yaşı təxminən 25-30 milyon il arasında hesablanır.
Bu göl həm də dünyanın ən böyük şirin su anbarlarından biri sayılır. Yer üzündəki bütün şirin su ehtiyatlarının təxminən 20 faizi məhz Baykal gölündə toplanıb ki, bu da onun qlobal əhəmiyyətini göstərir.

