Naxçıvan Dövlət Universitetinin Ümumi riyaziyyat kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Arzu Səfərovanın həmmüəllifi olduğu “On Solvability of Some Quasilinear Parabolic Equations of Higher Order” adlı elmi məqalə nəşr olunub.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, məqalə beynəlxalq nüfuzlu #SCOPUS və Web of Science bazalarına daxil edilən “Azerbaijan Journal of Mathematics” jurnalında dərc edilib.
Nəşr ali təhsil müəssisəsinin elmi fəaliyyətinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə kimi dəyərləndirilir.