Təhsil 365 - Logo Mobile

Quba-Xaçmazda oxu marafonuna hazırlıq görüşü keçirilib

8509.09.2025 - 10:04
Quba-Xaçmazda oxu marafonuna hazırlıq görüşü keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin iştirakı ilə keçiriləcək “Zəfərin uşaqları ilə oxu marafonu” adlı mütaliə yarışması ilə bağlı Quba, Qusar və Xaçmaz rayonlarından marafona qoşulan məktəblərin müəllim və kitabxanaçı heyəti ilə məlumatlandırıcı görüş təşkil olunub.

“Tehsil365” xəbər verir ki, layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan nəşriyyatları assosiasiyasının təşkilatçılığı və Quba iş adamlarına dəstək (QİAD) platformasının tərəfdaşlığı ilə həyata keçirilir.

Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, ekspertləri “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Libra kitab” nəşriyyatının rəhbəri Veysəl Məmmədov, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz, yazıçı Rövşən Abdullaoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib.

Müsabiqədə Quba, Qusar və Xaçmaz rayonlarından olan 6 ümumtəhsil müəssisəsinin iştirakı nəzərdə tutulur. Ümumilikdə 108 müəllim və 300 şagirdin cəlb olunacağı mütaliə marafonunun əsas məqsədi şagirdlər arasında oxu vərdişlərini formalaşdırmaq, Zəfərin 5-ci ildönümü münasibətilə vətənpərvərlik ruhunu aşılamaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini önə çəkməkdir.

Layihənin təlimçisi Rafiq İsmayılov – “Oxuyub-anlama zəka göstəricisi kimi" və digər təlimçi Səbuhi Şahmursoy – “Şagirdlərə intellektual mirasın ötürülməsi formaları” haqqında geniş məlumat veriblər. Layihənin ekspertləri Veysəl Məmmədov – “Məktəbdə kitab oxuma vərdişlərinin yaradılması”, Fatimə Alxaz – “Sinifdə kitab müzakirələrinin təşkili və təşviq vasitələri” və Şöhlət İxtiyaroğlu – “Vətən haradan başlayır” mövzusunda seminar veriblər.

Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihəylə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ANAİB-in təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, 525-ci qəzet və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, layihənin sonrakı mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub.

Zəhra Əliyeva

Xəbər Lenti

Sonqyunqvan Universitetinin perspektivləri 12.09.2025 - 19:44
Johnny Cash dünyasını dəyişib12.09.2025 - 19:38
Astarada “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri keçirilib12.09.2025 - 19:35
Simvolizm və sürrealizm: reallıqdan uzaqlaşmanın yolları12.09.2025 - 19:23
İhva Qadın Universitetinin tarixi 12.09.2025 - 19:13
İmpressionizm və ekspressionizmin müqayisəli təhlili12.09.2025 - 19:05
Yeni tədris ilində BŞTİ məktəblərində təhsil alacaq şagirdlərin sayı açıqlanıb12.09.2025 - 19:05
İlk pullar12.09.2025 - 19:04
Astronomiyada teleskop texnologiyalarının inkişafı12.09.2025 - 18:55
Hemofobiya: qan və yaralanmadan qorxu12.09.2025 - 18:44
Efiopiyada imperator Haile Selassie taxtdan salınıb 12.09.2025 - 18:34
Alternativ enerjilər: gələcəyin şəhərləri və ekoloji dövr12.09.2025 - 18:30
Küçədə gecələyən uşaqlar ailələrinə təhvil verildi 12.09.2025 - 18:28
22 müəllimin əmək müqaviləsinə xitam verilib12.09.2025 - 18:26
Bəzi ixtisaslarda dərslər 4 gün olacaq - RƏSMİ12.09.2025 - 18:24
Günəş sistemini tərk edən ilk insan mənşəli aparat12.09.2025 - 18:22
Pandemiya uşaqların sosial bacarıqlarını azaltdı12.09.2025 - 18:20
Robotlarla əməkdaşlıq: yeni iş modelləri12.09.2025 - 18:20
14 yaşlı yeniyetməni maşın vurub öldürdü12.09.2025 - 18:18
Akrofobiya: hündürlükdən qorxu və fiziki reaksiyalar12.09.2025 - 18:10
John F. Kennedy və Jacqueline Bouvier 1953-cü ildə ailə həyatı qurublar12.09.2025 - 18:00
Qravitasiya dalğaları və müasir astrofizikadakı əhəmiyyəti12.09.2025 - 17:50
Heraklit – fəlsəfədə “hər şey axır” nəzəriyyəsinin müəllifi12.09.2025 - 17:38
Şagirdlərin olimpiada və müsabiqələrdə iştirakı artıb12.09.2025 - 17:31
Tarixi qalaların gizli keçidləri və sirlər otaqları12.09.2025 - 17:28
Mae Jemison – kosmosa çıxan ilk afro-amerikalı qadın12.09.2025 - 17:26
Portret sənətinin tarixi və müasir yanaşmaları12.09.2025 - 17:15
Dmitriy Sergeyeviç Kramarenkonun doğum günüdür12.09.2025 - 17:12
Rəsm texnikalarının inkişafı: akvarel, yağlı boya, qrafika12.09.2025 - 17:04
Tələbələrin layihə əsaslı təhsil proqramları uğur qazanmasına necə təsir edir?12.09.2025 - 17:00
Qərəzlərin qələbəsi Qərəz-Pers müharibələrinin dönüm nöqtəsi oldu12.09.2025 - 17:00
Universitetə yeni qəbul olmuş tələbələrin adaptasiya çətinlikləri12.09.2025 - 16:51
Tələbələrin könüllü fəaliyyətdə iştirakı onların liderlik bacarıqlarına necə təsir edir?12.09.2025 - 16:40
Tələbələrin müasir əmək bazarına uyğun bacarıqlar qazanma yolları12.09.2025 - 16:32
Qarabağ Universitetində 2025/2026-cı tədris ilində 2 mindən çox tələbə təhsil alacaq12.09.2025 - 16:25
Şagirdlərdə emosional zəkanın inkişafı12.09.2025 - 16:24
Hindistanlı tələbələr üçün Almaniya ABŞ-ı geridə qoyub12.09.2025 - 16:17
Müəllimlərin dərs motivasiyasında sosial stimulların təsiri12.09.2025 - 16:11
ABŞ məktəblərində riyaziyyat dərslərində metaverse tətbiq olunur12.09.2025 - 16:06
Universitetlərdə tələbələrin debat mədəniyyətinin inkişafı yolları12.09.2025 - 16:00
Şagirdlərin müstəqil öyrənmə bacarıqlarını gücləndirən proqramlar12.09.2025 - 15:52
Metafora – şeir və nəsrdə sözün sehrli gücü12.09.2025 - 15:48
“72 mindən çox müəllimin əməkhaqqına əlavələr ediləcək”12.09.2025 - 15:41
Məktəblərdə şagirdlərin özünüifadə bacarığını artıran yeni metodlar12.09.2025 - 15:40
Tələbələrin qrup layihələrində məsuliyyət bölgüsü necə qurulur?12.09.2025 - 15:31
“Şagirdlərə 40 minə yaxın kompüter paylanılıb”12.09.2025 - 15:31
Almas İldırım: mühacirət dövrünün Azərbaycan poeziyasının işıqlı səsi12.09.2025 - 15:25
Əkiz bacılar Azərbaycan Tibb Universitetinə qəbul olublar12.09.2025 - 15:22