Sentyabrın 15-də – Bilik Günündə 32 ildən sonra ilk dəfə Kəlbəcər rayonunda dərs zəngi səslənəcək.
“Tehsil365” xəbər verir ki, hazırda rayonda yeni tədris ilinə hazırlıq işləri aparılır. Məktəblərdə şagirdlərin və müəllimlərin rahatlığı üçün bütün zəruri şərait yaradılır.
Qeyd edək ki, Kəlbəcər rayonu 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilib. Bu il isə 30 ildən çox fasilədən sonra şagirdlər məktəbə qədəm qoyacaqlar.