Bu gün Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsində tədrisi ingilis dilində aparılan ixtisaslarda təhsil alacaq tələbələr üçün səviyyə imtahanı təşkil olunub.Bu gün Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsində tədrisi ingilis dilində aparılan ixtisaslarda təhsil alacaq tələbələr üçün səviyyə imtahanı təşkil olunub.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, üç ixtisas üzrə ümumilikdə 50 tələbənin qatıldığı imtahan oxuma, yazma, danışıq və qrammatika üzrə biliklərin yoxlanılmasını nəzərdə tutub. 50 ballıq sistemlə qiymətləndirilən imtahanda keçid balı 25 olaraq müəyyənləşdirilib. Nəticələrə əsasən, məqbul nəticə göstərən tələbələr təhsillərini tədrisi ingilis dilində olan qruplarda davam etdirəcəklər.
İmtahanda tələb olunan nəticəni əldə etməyən tələbələr isə bir semestr müddətində Azərbaycan dilində tədris olunan paralel qruplarda təhsil alacaqlar.
Hazırda Naxçıvan Dövlət Universitetində beş ixtisas üzrə ingilis dilində tədris həyata keçirilir. İnformasiya təhlükəsizliyi və Beynəlxalq münasibətlər ixtisaslarında 4+1 formatlı hazırlıq kursları tətbiq olunur. Kompüter mühəndisliyi, Tibb və İqtisadiyyat ixtisaslarında isə tələbələrin dil bilikləri səviyyə imtahanı ilə müəyyənləşdirilir.