Əliqulu Qəmküsar XIX əsrdə yaşamış satirik Azərbaycan şairlərindən biridir. O, ictimai haqsızlıqları, cəhaləti və dövrünün eybəcərliklərini şeirlərində tənqid etmişdir. Qəmküsar xalq dilinə yaxın, sadə və anlaşıqlı üslubda yazaraq satiranı daha təsirli etmişdir. Onun yaradıcılığı Azərbaycan satirik ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır.”Tehsil365” Əliqulu Qəmküsar yaradıcılığından nümunə təqdim edir.
Səndə, ey Qafqaz, ey gözəl gülzar
Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Qəfb açılmaz gülü bənövşə solar.
Daima başqa aşıyanə açar,
Solsa gil, əndəlib olar naçar.
…
Nədən ey gülşəni-fünun və odəb
Bu qədər xarsən bu dünyadə?
Nə üçün bilmədin? Nə oldu səbəb?
Gəh vida eyləyir bu danədə?!
…
Ah, ey dahiyt-sütudə-nihad
Bizə lütfünlə eylə etfi-nigah,
Səndən eylər bu millət istimdad.
Ona sizlərsiniz yeganə pənah.
…
Edib əsğa təhəssüratımızı,
Vətən olmaqda pürəsəf naçar
Getmə!.. Məyusü naümid bizi
Etmə, ey tutiyi-şəkərgöftar!
…
Cismü canımda ehtisasatım
Şu kədərli fəraqə nifrət edər.
Getdigin yerlərə xəyalatım
Sürünüb əczlə peykcə gedər!