Qobustan rayonunun ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı nəticə göstərən məzunlarla görüş təşkil olunub.
Dağlıq Şirvan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbir idarəsinin tabeliyində keçirilib.
Görüşdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, millət vəkili Şahin Seyidzadə, Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov, həmçinin Rayon İcra Hakimiyyətinin, Qobustan Rayon Təhsil Sektorunun əməkdaşları, ETİHİ-nin Qobustan Rayon Komitəsinin sədri və müəllimlər iştirak ediblər.
Sonda məzunlara Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Qobustan rayonu üzrə ümumilikdə 125-dən artıq məzun tələbə adını qazanaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Onlardan 9 nəfəri 600-dən, 21 nəfəri isə 500-dən yuxarı bal toplayıb.