Şabran rayonundakı məktəb 2025-2026-cı tədris ili üçün “İnnovativ məktəb” layihəsinin qalibi seçilib.
Şabran șəhəri Tofiq Abbasov adina 1 nömrəli tam orta ümumtəhsil məktəbindən “Tehsil365”ə məlumat verilib ki, layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı və Təhsil İnstitutu tərəfindən həyata keçirilib.
Məktəbin qalib olmasında direktor Aysel müəllimə, müəllimlər və şagirdlərin əməyi böyük olub. Onları bu uğura görə təbrik edirik.
Layihənin əsas məqsədi müasir təhsil və tədris yanaşmalarını tətbiq etməklə STEAM fənlərinin inteqrasiyasını təmin etmək, təhsil liderliyini inkişaf etdirmək və 21-ci əsrin məktəb modelini formalaşdırmaqdır.
Layihədə iştirak edən məktəblər aşağıdakı imkanlardan faydalanacaq.
Bu imkanlar: Direktor və rəhbərlik komandası üçün beynəlxalq təlimlər, direktorlar üçün mentorluq dəstəyi, STEAM və texniki fənlər üzrə praktiki yönümlü tədris metodları, digər innovativ məktəblərlə şəbəkələşmə və qarşılıqlı öyrənmə imkanları, məktəbin brendinin gücləndirilməsi və nümunəvi öyrənmə mərkəzinə çevrilməsidir.
Bu nailiyyət Şabran rayonunda məktəb təhsilində daha bir ilk kimi diqqət çəkir.