21-23 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində III Beynəlxalq Apiterapiya və təbiət konqresi (IANCO25) keçiriləcək.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Naxçıvan Dövlət Universiteti, Qaradəniz Texnik Universiteti (Türkiyə), Gümüşhane Universiteti (Türkiyə) və ARETN Botanika İnstitutunun birgə təşkilatçılığı ilə hibrid formatda – həm üz-üzə, həm də onlayn formatda reallaşacaq.
2023-cü ildə Naxçıvanda, 2024-cü ildə isə Trabzonda keçirilən konqres apiterapiya və təbiətə əsaslanan elmlər sahəsində görkəmli tədqiqatçıları bir araya gətirmək, elmi müzakirələrə, əməkdaşlığa və yeni layihələrin inkişafına töhfə verməyi hədəfləyir.
IANCO25-də təqdim olunan bütün məqalələr ciddi ekspertiza əsasında qiymətləndiriləcək və qəbul edilən məqalələr “Konqres materialları” jurnalında dərc olunacaq. Seçilmiş tam mətn məqalələr isə hakem rəyindən sonra müxtəlif indekslərdə yer alan “Journal of Apitherapy and Nature” jurnalında çap ediləcək.
Bu elmi tədbirdə dünyanın müxtəlif ölkələrindən elm adamlarının iştirakı gözlənilir.