Mingəçevir Dövlət Universiteti ilə Kapital Bank arasında əməkdaşlıq çərçivəsində “Birbank Fintech” laboratoriyasının açılışı olub.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, yeni yaradılan laboratoriya tələbələrin müasir texnologiyalarla işləməsinə imkan verəcək.
Əməkdaşlıq çərçivəsində Kapital Bank universiteti yeni noutbuklarla təmin edib. Bundan başqa, imzalanmış memorandum əsasında MDU-nun iqtisadiyyat və maliyyə ixtisaslarında təhsil alan tələbələrinin istehsalat təcrübəsini Kapital Bank-da keçməsi nəzərdə tutulur.
Universitet rəhbərliyi bildirir ki, bu əməkdaşlıq tələbələrin həm nəzəri, həm də praktiki biliklərinin artırılmasına, eləcə də onların əmək bazarına daha hazırlıqlı çıxmasına şərait yaradacaq.