Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan Türkiyə İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə 24 oktyabr 2025-ci il tarixində Mingəçevir şəhərində Regional Universitet-Sənaye Birliyi Sammiti 2025 keçiriləcək.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məıumat verilib ki, sammitdə iri şirkətlərin, dövlət qurumlarının, startapların, bankların, texnologiya, sənaye və xidmət sektorunun nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir minlərlə tələbə və gəncə iş dünyası ilə birbaşa əlaqə qurmaq, mövcud vakansiyalar və təcrübə proqramları ilə tanış olmaq imkanı yaradacaq.
Organizatorların sözlərinə görə, bu sammit həm universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə, həm də gənclərin karyera imkanlarının genişlənməsinə xidmət edəcək.