Dağlıq Şirvan regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon ümumtəhsil məktəblərinin məzunları arasında ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplayan şagirdlərlə görüş təşkil olunub.
Dağlıq Şirvan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, millət vəkili Tamam Cəfərova, eləcə də rayon təhsil əməkdaşları və müəllimlər iştirak ediblər.
Görüşün sonunda məzunlara Təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ümumilikdə Şamaxı rayonu üzrə 303-dən artıq məzun tələbə adını qazanıb. Onlardan 10 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən yuxarı bal toplayıb.