09 sentyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində rəhbərlik, departament direktorları, fakültə dekanları, kafedra və şöbə müdirlərinin iştirakı ilə iclas təşkil olunub.
Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, rektor Yusif Yusibov 2025/2026-cı tədris ilinə hazırlıq işlərinin sürətləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb. O, professor-müəllim heyəti arasında dərs yüklərinin bölünməsi zamanı rektorluğun müvafiq əmrinə riayət olunmasını, dərs yükü çatmayan kafedra əməkdaşlarına əlavə imkanlar yaradılmasını tapşırıb.
Həmçinin iclasda akkreditasiya prosesinin universitetin növbəti fəaliyyət dövrü üçün hüquqi təminat yaratdığı bildirilib və bu istiqamətdə görülən işlər müzakirə olunub.