Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov ali təhsil ocağında akademik karyerasına başlayan yeni müəllimlərlə görüş keçirib.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, görüş zamanı rektor müəllimləri təbrik edərək, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Anar Eminov qeyd edib ki, gənc kadrların universitetə cəlb olunması tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və elm mühitinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.