Mingəçevir Dövlət Universitetinin iki müəllimi təhsil fakültəsinə dekan müavini vəzifəsinə təyin edilib.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, bu münasibətlə bu gün universitetin rektoru Anar Eminov fakültənin professor-müəllim heyəti ilə görüş keçirib.
Görüşdə yeni tədris ilinə hazırlıq məsələləri və fakültənin qarşısında duran əsas vəzifələr müzakirə olunub.
Qərara əsasən, fakültənin gənc və təcrübəli əməkdaşları – Aygün Qədirova və Gülnarə Qurbanova dekan müavini vəzifəsinə təyin ediliblər.