Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli tam orta məktəbə yeni direktor təyinatı edilib. Bu vəzifəyə Gülbəniz Babayeva gətirilib.
“Tehsil365” 7Times.az-a istinadla xəbər verir ki, o, daha əvvəl Xaçmaz rayonunun Niyazoba kənd orta məktəbinə rəhbərlik edib. Onun direktor olduğu 2023–2024-cü tədris ilində məktəb “Şahin” hərbi-idman oyunlarında Respublika birinciliyi və üçüncülüyü qazanıb.
Bundan başqa, həmin məktəbin şagirdi H. Əliyevin 102 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olub.