Bəxtiyar Vahabzadənin “Vətən” şeiri Azərbaycan poeziyasının ən parlaq nümunələrindən biridir. Şair bu əsərində insanın doğma yurda bağlılığını, onun müqəddəsliyini və əvəzolunmaz dəyərini təsvir edir.”Tehsil365” ətraflı təhlili təqdim edir.
Şeirin mövzusu vətən sevgisidir. Şair vətəni sadəcə torpaq kimi deyil, bir insanın kimliyini, kökünü, həyatının mənasını müəyyən edən varlıq kimi təqdim edir. Burada vətən anlayışı təkcə coğrafi məkan deyil, həm də mənəvi dəyər kimi çıxış edir.
Əsərin ideyası isə ondan ibarətdir ki, insanın vətənə bağlılığı onun ən böyük borcudur. Vətəni qorumaq, onu sevmək və onun uğrunda fədakarlıq etmək hər kəs üçün müqəddəs vəzifədir. Şair oxucuya çatdırır ki, vətənsiz insan köksüz ağaca bənzəyir, həyatını və kimliyini itirmiş sayılır.
“Vətən” şeiri ilə Bəxtiyar Vahabzadə oxucuda milli qürur və vətənpərvərlik hisslərini gücləndirir. Bu əsər həm klassik poeziyamızın ənənələrini davam etdirir, həm də müasir dövrün milli düşüncəsinə işıq tutur.