Təhsil 365 - Logo Mobile

ADNSU tələbə və əməkdaşları “Coursera”dan 3400 beynəlxalq sertifikat əldə edib

7910.09.2025 - 16:02
ADNSU tələbə və əməkdaşları “Coursera”dan 3400 beynəlxalq sertifikat əldə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə universitetin konsaltinq imkanlarının formalaşdırılması, tələbələrin sənayedə təcrübə keçmək imkanlarının genişləndirilməsi və Dördüncü Sənaye İnqilabı texnologiyalarına dair təlim proqramlarında ADNSU-nun fəal iştirakı müzakirə olunub.

Rektor Rüfət Əzizov çıxışında universitet tələbə və əməkdaşlarının 4SİM-in “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “Milli Proqram” çərçivəsində Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində təklif olunan ödənişsiz kurslarda fəal iştirakı edtdiyini bildirib.

Bu təşəbbüs çərçivəsində süni intellekt, proqramlaşdırma, böyük verilənlər, liderlik və digər müasir sahələr üzrə kurslara ödənişsiz çıxış təmin olunub. Nəticədə, bu günədək 1600-dən çox ADNSU tələbəsi və 200 əməkdaş “Coursera” platformasında təlimlərə qatılıb, ümumilikdə 3400 beynəlxalq sertifikat əldə edilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyət istiqamətləri və gələcək planları haqqında məlumat verib. O, rəqəmsal iqtisadiyyat, süni intellekt və maşın öyrənməsi, əşyaların interneti, ağıllı şəhər texnologiyaları kimi sahələrdə görülən işləri, həmçinin qurumun 50-dən artıq beynəlxalq tərəfdaşı olduğunu və Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri ilə əməkdaşlığını diqqətə çatdırıb.

Görüş zamanı tərəflər gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdiriblər. Tələbələrin sənayeyə təşviqi, startaplara dəstək, elm-sənaye klasterinin yaradılması, eləcə də 4SİM-in əsas tərəfdaşlarından biri olduğu InMerge İnnovasiya Sammitində ADNSU tələbələrinin iştirakı məsələləri xüsusi vurğulanıb.
Bundan əlavə, “SABAH.City” layihəsi çərçivəsində innovasiya yönümlü ixtisaslaşmış laboratoriyaların yaradılması və bu laboratoriyalarda sənaye tərəfdaşları ilə birgə tədqiqat və inkişaf fəaliyyətlərinin təşkili məsələləri müzakirə olunub.

Tərəflər qeyd ediblər ki, ADNSU-nun akademik resurslarının 4SİM-in texnoloji və strateji imkanları ilə birləşməsi ölkənin elmi və sənaye potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.

İlhamə Nurəhmədova

Xəbər Lenti

“Fövqəladə hallar uşaqların gözü ilə” adlı müsabiqə keçirilib - FOTOLAR31.12.2025 - 11:52
Qarabağ Universitetindən bayram təbriki31.12.2025 - 11:38
DİN-dən bayram günləri ilə bağlı çağırış31.12.2025 - 11:26
“Süni sinif” açan 48 özəl məktəbin lisenziyası31.12.2025 - 11:14
BSU “The Journal of Eastern Europe and Balkan Studies” jurnalının ilk sayını nəşr edib31.12.2025 - 11:06
Yanvarın 1-ə olan hava proqnozu açıqlanıb 31.12.2025 - 10:58
AzMİU-nun rektoru professor G. Məmmədovanın 31 Dekabr təbriki31.12.2025 - 10:40
BDU 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir31.12.2025 - 10:28
ADU nümayəndələri şəhid Elvin Bayramovun ailəsini ziyarət ediblər31.12.2025 - 10:14
Vərəmə yoluxma halları son 15 ildə əhəmiyyətli dərəcədə azalıb31.12.2025 - 10:00
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib31.12.2025 - 09:45
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq 31.12.2025 - 09:30
“Süni sinif” açan 48 özəl məktəbin lisenziyası ləğv edildi31.12.2025 - 09:14
Tarixi hadisə: üç qalaktika birləşdi31.12.2025 - 08:59
"Bundan sonra baş redaktor kimi işləyəcəm" - Misir Mərdanov31.12.2025 - 08:45
Gələn il Türkiyə-Azərbaycan Universitetində yeni laboratoriyaların qurulması planlaşdırılır31.12.2025 - 08:31
ADPU-nun media yayımı istiqamətində yüksək inkişaf dinamikası qeydə alınıb - FOTO31.12.2025 - 08:12
Bu günə olan hava proqnozu açıqlanıb31.12.2025 - 07:59
FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib31.12.2025 - 07:45
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ31.12.2025 - 07:30
Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib31.12.2025 - 07:00
Yunanıstan sahillərində nəhəng isti su çıxışı sahəsi kəşf edilib31.12.2025 - 06:45
Emin Əmrullayevdən bayram təbriki31.12.2025 - 06:31
Təkamül kompüter simulyasiyaları ilə yenidən araşdırıldı31.12.2025 - 06:16
Qrip zamanı isti vanna qəbul etmək təhlükəlidir31.12.2025 - 06:01
Daim yorğunluq və nəfəs darlığının səbəbi bu maddənin çatışmazlığı ola bilər31.12.2025 - 05:44
ADB: "Hər bir elektron imza Azərbaycanın 1 avroya qənaət etməsinə imkan verir" 31.12.2025 - 05:30
Azərbaycan dramaturqu Cəfər Cabbarlı anılır31.12.2025 - 05:16
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM31.12.2025 - 05:00
İsveçrədə dövlət məktəblərində hicaba qadağa qoyulur31.12.2025 - 04:44
ETİHİ-nin prioritetləri: Birlik, dəstək və inkişaf31.12.2025 - 04:31
İlham Əliyevdən bayram paylaşımı31.12.2025 - 04:15
Xəzər Universitetinin dosenti Roza Arazova vəfat edib31.12.2025 - 04:00
"Tehsil365"in 2025 hesabatı30.12.2025 - 20:00
Deputat universitetdə dərs deməyə başladı30.12.2025 - 19:00
Bakıda ağaclıq sahədə baş verən yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb30.12.2025 - 18:47
BDYPİ bayram günlərində sürücüləri diqqətli olmağa çağırır30.12.2025 - 18:35
Azərkosmosun dəstəyi ilə keçirilən I Milli Kosmik Hakatonda Milli Aviasiya Akademiyasının tələbələri uğurlu nəticələr əldə ediblər30.12.2025 - 18:28
“BDU könüllüləri” təşkilatının “Qış nağılı” konsert proqramı30.12.2025 - 18:10
BDU-da “Urbanizasiyanın yaratdığı sosial problemlər” mövzusunda dəyirmi masa30.12.2025 - 17:58
BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub30.12.2025 - 17:48
Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı qərar verildi30.12.2025 - 17:34
BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş30.12.2025 - 17:19
BDU-da “Liderlik məktəbi” layihəsinin yekun görüşü30.12.2025 - 17:00
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ADPU-nun rektoru professor Cəfər Cəfərovun təbriki30.12.2025 - 16:48
Pedaqoji Universitetdə DMA-nın “Kadr İndeksi” pilot layihəsi ilə bağlı görüş keçirilib30.12.2025 - 16:33
Pedaqoji Kollecdə Ombudsmanla görüş keçirilib30.12.2025 - 16:17
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub30.12.2025 - 16:00