Mingəçevir Dövlət Universitetində təhsil fakültəsinin iki müəllimi dekan müavini vəzifəsinə təyin edilib.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, t.ü.f.d. Aygün Qədirova və f.ü.f.d. Gülnarə Qurbanova fakültənin dekan müavinləri vəzifəsinə gətirilib.
Təyinat münasibətilə Təhsil fakültəsinin professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə fakültənin yeni tədris ilinə hazırlığı, qarşıda duran hədəflər və həlli vacib məsələlər müzakirə olunub.
Yeni təyin olunan əməkdaşlara uğurlar arzulanıb və onların məsuliyyətli, məhsuldar fəaliyyətlərinin universitetin inkişafına töhfə verəcəyi qeyd olunub.