Naxçıvan Dövlət Universitetinin Meliorasiya və ekologiya mühəndisliyi kafedrasının baş müəllimi Leyla İbrahimova və kafedranın müəllimi Hüseyn İmanovun həmmüəllifi olduqları elmi məqalə beynəlxalq səviyyədə dərc olunub.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, “The role of landscape in the formation of river flow in the Nakhchivan autonomous republic” adlı məqalə SCOPUS və Web of Science bazasına daxil olan “Visnyk of V. N. Karazin Kharkiv National University, series 'Geology. Geography. Ecology'” jurnalında işıq üzü görüb.
Məqalədə Naxçıvan Muxtar Respublikasında landşaftın çay axınının formalaşmasındakı rolu elmi əsaslarla təhlil edilib.