Təhsil 365 - Logo Mobile

Kino tariximizdə layiqli iz qoyan görkəmli sənətkar Muxtar Dadaşovun 112-ci ildönümü

8611.09.2025 - 12:01
Kino tariximizdə layiqli iz qoyan görkəmli sənətkar Muxtar Dadaşovun 112-ci ildönümü

Kino tariximizdə iz qoyan, dərinməzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir.

“Tehsil365” xəbər verir ki, bu gün Xalq artisti, kinorejissor, ssenarist, aktyor və operator Muxtar Dadaşovun anadan olmasının 112-ci ildönümü tamam olur.

O, 1913-cü il sentyabrın 11-də Bakıda dünyaya göz açıb. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. Belə ki, Akademik Milli Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifələr açır. Qəlbində görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda, tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsində çalışır. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. 1933-cü ildə operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəkilişində iştirak edir. Təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. 1935-ci ildə “Rəqs edən bağalar” bədii filminin (Abdulla Şaiqin “Oyunçu bağa” hekayəsi əsasında) quruluşçu operatoru olur.

Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Ana yurdum, Azərbaycan”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

O, kino haqqında danışanda deyərdi: “Kino həyatın aynasıdır. Sabir demişkən, “düzü-düz, əyrini-əyri” əks etdirməyə qadir olan möcüzədir. O, mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır”. Doğrudan da, Muxtar Dadaşov kinoya qəlbən bağlı olub. Ekran əsərlərində fərdilik qabarıq şəkildə görsənib.

Muxtar Dadaşov 1945-ci ildə çəkilən “Arşın mal alan” filmində operator köməkçisi olub. Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən söz düşəndə Muxtar Dadaşovu aktyorun daxili aləminə nüfuz etməyi bacaran sənətkar kimi xarakterizə etmişdi. “Kəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” bədii filmləri də onun operator kamerası vasitəsilə həyata vəsiqə alıb.

Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olub. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman” povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Filmdə baş rola kənardan aktyor (Şimali Osetiyadan Bimbulat Vatayev) dəvət olunsa da, ekran əsərində bir çox görkəmli sənətkarlarımız da rol alıb: Adil İsgəndərov, Rza Təhmasib, Mustafa Mərdanov, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Hacıbaba Bağırov...

Muxtar Dadaşovun “Bakıda küləklər əsir” filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə “Bakı döyüşür” adlı sənədli film çəkmişdi. Maraqlıdır ki, Muxtar Dadaşov müharibənin gedişi vaxtı S.Vurğunu, Ü.Hacıbəylini, kimyaçı alim Y.Məmmədəliyevi, neftçilərdən G.Əliyevi, A.Nematullanı, R.Rüstəmovu və başqalarını bu filmə çəkib. Sonra filmi genişləndirərək “Bakı-42” adı ilə lentə alıb. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə də yekunlaşdırmayıb. Nəhayət, 1974-cü ildə “Bakıda küləklər əsir” bədii filmini çəkərək istədiyinə nail olub. Filmdə xalqımızın müharibə illərində arxa və ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsində qəhrəman kəşfiyyatçıların ayıq-sayıqlığını, onların çox cəsarətli əməliyyatları nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınmasını ustalıqla əks etdirib.

O, həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. “Nəriman Nərimanov” sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb, sonra həmin kadrları filmdə canlandırıb.

Muxtar Dadaşovun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri dünyanın bir çox ölkələrində göstərilib. Onun “Səadət yolu ilə” filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanov” filmi Tbilisi festivalında xüsusi mükafata layiq görülüb. Sənətkarın gərgin və yaradıcı əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı olub.

1998-ci il mayın 7-də vəfat edən sənətkar bu gün də hörmət və məhəbbətlə yad edilir. Çəkdiyi ekran əsərləri xalqımızın milli-mənəvi dəyəri kimi qorunub saxlanılır. 

Zəhra Əliyeva

Xəbər Lenti

Kriptozoologiya: elm tərəfindən tanınmayan canlılar13.09.2025 - 19:15
Məşhur macar bəstəkarı Leó Weinerin vəfatının 65-ci ildönümü13.09.2025 - 19:13
Stressin bədən və zehn sağlamlığına təsiri13.09.2025 - 19:06
Goranboy rayonunda "Cüdo" idman növü üzrə Beynəlxalq kubok yarışı keçirildi13.09.2025 - 19:00
Seul Milli Universiteti: Cənubi Koreyanın təhsil incisi13.09.2025 - 18:54
DNA və bioarxeologiyanın qədim insan tədqiqatındakı əhəmiyyəti13.09.2025 - 18:44
Astara yolunda ağır qəza – məktəbli qız xəsarət alıb13.09.2025 - 18:34
“Ceyms Bond” filmlərinin ulduzu Riçard Kielin anadan olmasından 86 il keçir13.09.2025 - 18:32
Qədim Mesopotamiya şəhərlərinin arxeoloji tədqiqatları13.09.2025 - 18:27
Uşaq ədəbiyyatının klassiki Roald Dahlın anadan olmasından 109 il keçir13.09.2025 - 18:17
Kinətik heykəl – hərəkətin incəsənətdə ifadəsi13.09.2025 - 18:05
Bio-art - orqanizmlərdən və ya təbiət materiallarından hazırlanmış heykəllər13.09.2025 - 17:55
“Gernika” – Pablo Pikassonun şah əsəri13.09.2025 - 17:45
“Meduza Salı” - romantizmin şah əsəri və insan iradəsinin simvolu13.09.2025 - 17:35
Rəssamın dünyagörüşü və əsərlərinə əks olunan fəlsəfi ideyalar13.09.2025 - 17:25
Azərbaycan və İordaniya arasında diplomatik münasibətlərin qurulmasının 32 ili tamam olur13.09.2025 - 17:20
Gəncə döyüşünün 199-cu ildönümü13.09.2025 - 17:20
Sabah DİM-də SAT imtahanı keçiriləcək13.09.2025 - 17:17
Səidə Bəkirqızı: “Televiziya fəaliyyətimə son verirəm”13.09.2025 - 17:13
Qotik memarlıq və rəsmin simvolik əlaqəsi13.09.2025 - 17:05
Təhsil kreditindən yararlanan tələbələrin artım dinamikası13.09.2025 - 17:00
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təsis edilməsindən 33 il ötür13.09.2025 - 17:00
Rəsul Rza – Təbiət və insan ruhunun poetik təsviri13.09.2025 - 16:53
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdıqları çətinliklər13.09.2025 - 16:50
Dövlət və özəl məktəblərdə şagird saylarının müqayisəli statistikasının nəticələri13.09.2025 - 16:41
Duyğular və həyat: İlyas Əfəndiyevin "Güllü" əsəri13.09.2025 - 16:32
Rəqəmsal texnologiyaların tələbələrin öyrənmə sürətinə təsiri13.09.2025 - 16:32
Xarici universitetlərin tələbələrə təqdim etdiyi sosial imkanlar13.09.2025 - 16:20
Haqverdiyevin maarifçilik ideyaları13.09.2025 - 16:11
Orta əsrlərdə Azərbaycanda mədrəsələrin rolu13.09.2025 - 16:11
Universitetlər üzrə məzunların işlə təminat göstəriciləri13.09.2025 - 16:00
Qədim dövrlərdə gənclərin elm öyrənmə üsulları13.09.2025 - 15:55
Təhsil və savad: Cəlil Məmmədquluzadənin mesajı13.09.2025 - 15:48
Kibertəhlükəsizlik sahəsində gənclərə açılan iş imkanları13.09.2025 - 15:46
Ümid və həyat: "Səhər" şeirinin mesajı13.09.2025 - 15:43
Təqaüdlə xaricdə təhsil imkanlarının karyera inkişafına təsiri13.09.2025 - 15:37
Sovet dövründə təhsil sisteminin bugünkü təhsilə təsirləri13.09.2025 - 15:28
Vətən sevgisi və milli şüur: Səməd Vurğunun poemasının təhlili13.09.2025 - 15:26
Azərbaycanın müxtəlif bölgələrində abituriyentlərin fənn seçimində üstünlüklər13.09.2025 - 15:20
Cəlil Məmmədquluzadənin "Usta Zeynal" hekayəsi: maarif və avamlıq arasında13.09.2025 - 15:11
Xarici dilləri qısa müddətdə öyrənməyin ən təsirli üsulları13.09.2025 - 15:09
Proqramlaşdırma biliklərinin tələbələr üçün əhəmiyyəti13.09.2025 - 15:00
Səməd Vurğunun gənclik ideallarını əks etdirən poeması13.09.2025 - 14:55
Ordubad rayonu Vənənd kənd məscidi13.09.2025 - 14:50
SABAH qruplarına qəbul ilk dəfə 1-ci kursdan mümkün olacaq13.09.2025 - 14:47
Universitet mühitində psixoloji dəstək xidmətlərinin əhəmiyyəti13.09.2025 - 14:45
Mirzə Fətəli Axundzadənin gülüşlə gətirdiyi maarifçilik mesajı13.09.2025 - 14:41
Xaricdə təhsil üçün ən çox seçilən ölkələrin üstünlükləri və mənfi tərəfləri13.09.2025 - 14:37