Abşeron-Xızı regional təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilinə hazırlıq məqsədilə bir sıra tədbirlər görülür.
Abşeron-Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, dərslik və tədris vəsaitlərinin vaxtında və düzgün şəkildə şagirdlərə çatdırılması təmin edilir. Bununla yanaşı, məktəblərdə təmizlik və abadlıq işləri aparılır, sinif otaqları və məktəb həyətləri yeni tədris ilinə hazırlanır.
Həmçinin avadanlıqların texniki vəziyyəti yoxlanılır, zəruri təmir-bərpa işləri həyata keçirilir.