Naxçıvan Dövlət Universitetinin ümumi riyaziyyat kafedrasının müəllimi Fatma Müslümovanın həmmüəllif olduğu elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc edilib.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, “Commutator of the Maximal Function in Total Morrey Spaces for the Dunkl Operator on the Real Line” adlı məqalə SCOPUS və Web of Science bazasına daxil olan, Kvartil-Q2 səviyyəsində qiymətləndirilən “Azerbaijan Journal of Mathematics” jurnalında işıq üzü görüb.
Məqalədə Dunkl operatoru əsasında reallıq xəttində maksimal funksiyanın total Morrey məkanlarında kommutatoru üzrə yeni elmi nəticələr təqdim olunub.