Neftçala rayon Xol Qaraqaşlı kənd ümumi orta təhsil məktəbində 2025–2026-cı tədris ilinin ilk pedaqoji şura iclası təşkil olunub.
Neftçala rayon Xol Qaraqaşlı kənd ümumi orta təhsil məktəbindən “Tehsil365”ə məlumat verilib ki, iclasda 2024–2025-ci tədris ilinin IV–VI siniflər üzrə monitorinq nəticələri və IX sinif buraxılış imtahanının nəticələri müzakirə edilib.
Gələcək hədəflər və təkliflər dinlənilib, məktəbin fəaliyyət planı təsdiqlənib, dərs bölgüsü, sinif rəhbərlərinin təyin olunması və dərs cədvəlinin hazırlanması kimi məsələlər müəyyən edilib.