Ümumilikdə 84 min müəllim sertifikasiya prosesinə cəlb olunub və 73 min müəllim sertifikasiyadan uğurla keçib.
“Tehsil365”xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
Tədbir Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutu tərəfindən təşkil edilib.