2025–2026-cı tədris ilinin başlanmasına sayılı günlər qalmış, Quba-Xaçmaz regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırlıq işləri sürətlə davam edir.
Quba-Xaçmaz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, müvafiq siniflər üzrə dərslik və tədris materiallarının vaxtında və tam şəkildə şagirdlərə çatdırılması təmin olunur. Bununla yanaşı, məktəblərdə təmizlik və abadlıq tədbirləri həyata keçirilir, sinif otaqları, dəhlizlər və məktəb həyətləri yeni dərs ilinə uyğunlaşdırılır.
Təhsil müəssisələrində istifadə olunan avadanlıqların texniki vəziyyəti də yoxlanılır, zəruri təmir-bərpa işləri aparılır.