Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin ilk elmi şura iclası baş tutub.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, iclasda yeni tədris ili üçün Elmi Şuranın iş planı təsdiqlənib, yay imtahan sessiyasının nəticələri və tələbə qəbulu müzakirə olunub. Qarşıya qoyulan prioritet istiqamətlər üzrə zəruri qərarlar qəbul edilib.
Bununla yanaşı, yeni təqaüdün təsis edilməsi, 2025/2026-cı tədris ili üçün akademik təqvim və tədris planlarının təsdiqlənməsi, məsləhətçi-professor ştatının yaradılması barədə qərarlar qəbul olunub. Eyni zamanda 4 ixtisasın beynəlxalq akkreditasiyadan keçirilməsi və universitetdə İSO sertifikatlaşdırılması istiqamətində mühüm addımların atılması nəzərdə tutulub.