Lənkəran-Astara regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində vakant olan direktor müavini və məktəbdənkənar, sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi təşkil olunub.
Lənkəran-Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, iki gün ərzində keçirilən müsahibələrdə 176 namizədin peşəkar bacarıqları, idarəetmə qabiliyyəti və pedaqoji bilikləri qiymətləndirilib.