Təhsil 365 - Logo Mobile

“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq

12413.09.2025 - 09:35
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq

13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İclasda "Space TV" kanalının efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

“Tehsil365”in məlumatına görə, bu barədə Redaktor.az-a Audiovizual Şuradan məlumat verilib.

Belə ki, 11 sentyabr 2025-ci il tarixində kanalın efirində 08.00-09.30 arası yayımlanan "Xəbərin izində" proqramının aparıcısı Səidə Bəkirqızı tərəfindən Ağdamda 16 yaşlı məktəbli qıza qarşı baş vermiş cinsi zorakılıqla bağlı xəbər təqdim olunarkən və şərh edilərkən "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü (ayrı-seçkilik təbliğ olunmamalıdır) və 14.1.9-cu (nifrət çıxışlarına yol verilməməlidir) maddələrinin tələbləri pozulub.

Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən fakt ayrıseçkiliyin təbliği və nifrət çıxışı kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

Audiovizual Şuranın üzvləri aparıcının baş vermiş və istintaqı aparılan cinayət hadisəsini şərh edərkən həmin hadisənin törədildiyi bölgə və həmin bölgə əhalisi haqqında xoşagəlməz fikirlər səsləndirməsinin, qanunvericiliyə və jurnalistikanın etik prinsiplərinə məhəl qoymadan emosional formada cinayətin təfərrüatlarının efir vasitəsilə araşdırılmasının, bunu edərkən hər hansı yaşayış məntəqəsinin adının hallandırılmasının, cinayətin törədilməsinin həmin məkanla əlaqələndirilməsinin yolverilməz olduğunu bildiriblər.

"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə verib. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Bundan əlavə, Audiovizual Şura üzvləri aparıcı Səidə Bəkirqızı tərəfindən proqramın həmin hissəsinin (efir zamanı səsi verilməyən zorakılığa çağırış məzmunlu hissə də daxil olmaqla) sosial şəbəkə hesabları vasitəsilə yayımlanması halını qəti surətdə pisləyib, bunu jurnalist etikasına uyğun olmayan və peşəkarlıqldan uzaq bir hərəkət kimi qiymətləndiriblər.

Rəşanə İsamqızı

Xəbər Lenti

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib17.09.2025 - 13:00
Sumqayıtda gənclər üçün natiqlik təlimi17.09.2025 - 12:50
Qazax-Tovuz bölgəsində hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib17.09.2025 - 12:40
Almaniyada təhsil sahəsində əhəmiyyətli dəyişikliklər17.09.2025 - 12:33
Bakıda III Beynəlxalq apiterapiya və təbiət konqresi keçiriləcək17.09.2025 - 12:30
“İslam deyir ki…” verilişində “Tövbə” mövzusu müzakirə olunub17.09.2025 - 12:20
Azərbaycanlı idmançı Nağıyev Şahlar Misirdə növbəti qələbəsini qazanıb17.09.2025 - 12:10
18 Sentyabr – Milli Musiqi Günü ölkə üzrə qeyd olunacaq17.09.2025 - 12:00
ABŞ və Rusiyada təhsil sahəsində yeni dəyişikliklər17.09.2025 - 11:59
Peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesi davam edir17.09.2025 - 11:40
Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün peşəkar inkişaf təlimləri başa çatıb17.09.2025 - 11:30
ABŞ azlıq tələbələrə ayrı-seçkilik edən bəzi proqramları dayandırır17.09.2025 - 11:24
Loudoun County məktəblərində kişi şagird ayrı-seçkiliyi17.09.2025 - 11:03
Azərbaycanda institutun adı dəyişdi - QƏRAR17.09.2025 - 11:00
Kəpənəklərin ömrü ilə bağlı yanlış təsəvvürlər17.09.2025 - 10:37
ABŞ Təhsil Departamenti azlıq icma məktəb və universitetlərinə $1.15 milyard ayırdı17.09.2025 - 10:27
Pneumoniya: patofiziologiya və müasir antibiotik terapiyası17.09.2025 - 10:24
İbn Xaldun - tarix elminin və sosiologiyanın banisi17.09.2025 - 10:14
ABŞ-də süni intellekt şirkətlərinə qarşı intihar iddiaları17.09.2025 - 10:07
Əhliman Əmiraslanov: "Rezidentura təhsilinin yeni əsasnaməsi hazırlanır".17.09.2025 - 09:39
Hər il 30-40 min uşaq məktəbəqədər təhsilə cəlb edilir17.09.2025 - 09:28
Naxçıvan peşə liseylərində 14 yeni ixtisas yaradılıb17.09.2025 - 09:16
Nurlan Paşayev “Türküstan kuboku”nda bürünc medal qazanıb17.09.2025 - 09:06
Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib17.09.2025 - 08:56
Biləsuvarda stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib17.09.2025 - 08:44
10 azərbaycanlı tələbə 2025–2026-cı tədris ilində Qazaxıstanda təhsil alacaq17.09.2025 - 08:34
Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında kartinq yarışı keçirilib17.09.2025 - 08:25
Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb17.09.2025 - 08:18
Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər17.09.2025 - 08:00
Gəncə şəhərində "Səhər İdmanı" layihəsi davam edir17.09.2025 - 07:45
ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib17.09.2025 - 07:30
Zəngli saatdan əvvəlki “şam saatları”17.09.2025 - 07:15
"Naxçıvanda 5 universitet yaratmaq olar"- Deputat17.09.2025 - 07:12
Qısa müddətdə yaddaşı gücləndirən texnikalar17.09.2025 - 07:00
Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar17.09.2025 - 06:54
Uğurlu təqdimat hazırlamaq üçün praktik tövsiyələr17.09.2025 - 06:53
Elçin Əfəndi: "Son 7 ildə I sinfə gedən uşaqların sayı kəskin azalıb"17.09.2025 - 06:52
Təqaüd qazanmaq üçün tələbələrin diqqət etməli olduğu məqamlar17.09.2025 - 06:41
Deputat: Hər il təhsil haqlarının artmasını qınayırıq17.09.2025 - 06:38
Vaxt idarəsini öyrədən faydalı vərdişlər17.09.2025 - 06:30
Dünya Xəstə Təhlükəsizliyi Günü17.09.2025 - 06:25
Türkiyədə tələbə mübadiləsi proqramlarına artan maraq17.09.2025 - 06:22
Maliyyə çətinliyi səbəbindən universitetdə böyük ixtisar planı17.09.2025 - 06:20
Britaniyada təhsil alan azərbaycanlı tələbələrin təcrübələri17.09.2025 - 06:10
ABŞ tarixində bir gündə ən çox qan tökülən savaş17.09.2025 - 06:08
Bakıda ana və iki övladı avtomobil vurub17.09.2025 - 06:05
Xaricdə təhsil üçün maliyyə dəstəyi yolları17.09.2025 - 06:00
BAAU yeni ișə başlayacaq müəllimlərlə görüș keçirib17.09.2025 - 05:58