Naxçıvan Dövlət Universiteti Kembric məktəbinin akademik heyətinin peşəkar inkişafını dəstəkləmək məqsədilə 13-14 sentyabr 2025-ci il tarixlərində təlim təşkil ediləcək.
Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, təlimi Bakı Oksford məktəbində tam orta təhsil üzrə direktor müavini, kurikulum rəhbəri Dr. Rəna Ələsgərova aparacaq.