Mingəçevir Dövlət Universitetində yeni tədris ilində I kurs tələbələri üçün Oriyentasiya Günü təşkil olunub.
Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, tədbiri giriş nitqi ilə açan sosial məsələlər üzrə rektorun müşaviri Elvin Məmmədzadə tələbələri universitetə qəbul olmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.
O, çıxışında MDU-nun dəyərləri, tədris keyfiyyəti və tələbələrin inkişafı üçün yaradılan imkanlar barədə məlumat verib.
Daha sonra MDU-nun İdman-Sağlamlıq Kompleksində Tələbə Gənclər Təşkilatı və “Bir Könüllü” Tələbə Təşkilatının üzvü olan tələbələrin iştirakı ilə yeni qəbul olunan gənclər üçün müxtəlif oyunlar və yarışlar keçirilib.