Yeni tədris ilinin başlanması münasibətilə Şəki rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən məktəbli forması və dərs ləvazimatları təqdim olunub.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Tehsil365”ə məlumat verilib ki, inzibati binasında təşkil olunan görüş çay süfrəsi arxasında keçirilib. Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, şəhid ailələri və şəhid övladları iştirak ediblər.
Çıxış edənlər şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, onların övladlarına göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Sonda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən şəhid övladlarına məktəbli forması və dərs ləvazimatları təqdim olunub.