Sentyabrın 12–13-də Tovuz və Gədəbəy rayonlarında “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər arasında “Kim? Nə? Harada?” intellektual yarışları təşkil olunub.
Qazax - Tovuz regional gənclər va idman idarəsindən “Tehsil365”ə məlumat verilib ki, Tovuz rayonunda keçirilən yarış Gənclər və İdman sektoru ilə “Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə baş tutub.
İntellektual mübarizədə 7 komanda olmaqla ümumilikdə 35 nəfər iştirak edib. Nəticələrə əsasən, “Zəfər” komandası I, “Gənc müəllimlər” komandası II, “Qızıl Aypara” komandası isə III yerə layiq görülüb. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Gədəbəydə isə yarış İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Tədbir Gənclər və İdman sektoru, Azərbaycan İnternational Mining Company Limited şirkəti və Təhsil sektorunun əməkdaşlığı ilə təşkil olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Yarışda 14 komanda, ümumilikdə 70 nəfər iştirak edib. Gərgin mübarizə şəraitində keçirilən yarışın yekununda Soyuqbulaq kənd tam orta məktəbi komandası I, “Xəmsə” komandası II, “Spartak” komandası isə III yerin qalibi olub. Qalib komandalar diplom, medal, kubok və pul mükafatı ilə təltif olunublar.