Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin inkişafına dəstək məqsədilə yeni vahid platforma istifadəyə verilib.
Qobustan gənclər evindən “Tehsil365”ə məlumat verilib ki, platforma peşəkar təlimçilər bazası vasitəsilə öyrənmə şəbəkəsinin formalaşdırılması, gənclər sahəsində fəaliyyət göstərən təlimçilərin bir araya gətirilməsi və əməkdaşlığın gücləndirilməsini hədəfləyir.
Yeni platforma təlimçilərə qeydiyyatdan keçərək profil yaratmaq, dəyərləndirmə və müsahibədən sonra məlumatlarının yerləşdirilməsi, bloq yazmaq, yerli və beynəlxalq layihələrdə iştirak etmək, həmçinin Gənclər Evləri ilə birgə fəaliyyət göstərmək imkanı təqdim edir.
Növbəti mərhələdə isə təlimçi olmaq istəyən gənclər üçün ödənişsiz TOT kurslarının təşkili nəzərdə tutulub.
Qeydiyyat üçün link: https://gencler.az/trainers/new-trainer