Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
İnsan resursları mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müsahibə məlumatları ilə tanış ola bilərlər.
Qeyd olunur ki, məlumatlar müəllimlərin şəxsi kabinetlərinə mərhələli şəkildə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə göstərənlərin əməkhaqqına isə 35% əlavə ediləcək.
Bu əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərə tətbiq olunacaq.