Ölkə üzrə ümumitəhsil müəssisələrində yeni dərs ilinə hazırlıq işləri yekunlaşıb.
“Tehsil365” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, məktəblərdə dezinfeksiya tədbirləri aparılıb, məktəb ərazilərində isə iməcilik və səliqə-sahman işləri görülüb.
Qeyd edək ki, hazırlıq müddətində şagirdlərə dərsliklər paylanıb.