Azərbaycanın görkəmli yazıçısı, akademik, Xalq yazıçısı Kamal Abdulla “Tələbələrin yay düşərgəsi” çərçivəsində tələbələrlə görüş keçirib.
“Tehsil365” xəbər verir ki, o gənclərlə milli-mənəvi dəyərlər, ədəbiyyatın cəmiyyətdə rolu, eləcə də elm və yaradıcılıq yolunun çətinlikləri barədə səmimi və maarifləndirici söhbət aparıb.
Görüşə xüsusi rəng qatan məqamlardan biri də tələbələrin yazıçının şeirlərini və bu şeirlərə bəstələnmiş musiqiləri səsləndirməsi olub.
Daha sonra tələbələr yazıçıya onun yaradıcılığı, ədəbiyyatın gələcəyi və şəxsi təcrübələri ilə bağlı suallar ünvanlayıblar. Kamal Abdulla bütün sualları əhatəli cavablandıraraq gənclərə dəyərli fikirlərini və tövsiyələrini bölüşüb.
Gənclər sevimli yazıçı ilə xatirə şəkilləri çəkdirib, müəllifin kitablarına avtoqraf alıblar.