2025-ci ilin yeni tədris ilinin başlanması münasibətilə Şuşada məktəblərdə İlk Zəng mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə müəllimlər, şagirdlər, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edən məktəb rəhbərliyi şagirdləri və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. İlk Zəngin çalınması ilə yeni tədris ili rəsmi olaraq start götürüb və məktəblərdə təhsil prosesi yüksək əhval-ruhiyyə ilə başlayıb.