151 nömrəli tam orta məktəbdə keçirilən “Bilik günü” tədbirində Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli çıxış edərək birinci sinfə qədəm qoyan şagirdləri təbrik edib.
“Tehsil365”in məlumatına görə , O bildirib ki, bu il məktəbə başlayan şagirdlərin “Konstitusiya və Suverenlik İli”ndə təhsil həyatına başlaması xüsusilə qürurvericidir.
Sonda Həsən Həsənli əlavə edib ki, bu uşaqlar gələcəkdə öz həyatlarını, talelərini, cəmiyyətlərini və ölkələrini öz əlləri ilə quracaq, yaradacaq və yaşadacaqlar.