Yeni tədris ili ilə bağlı keçirilən brifinqdə jurnalistlərin sualını cavablandıran Təhsil naziri Emin Əmrullayev bildirib ki, ötən tədris ilində keçirilən “Son zəng” tədbiri darıxdırıcı olub.
“Tehsil365” xəbər verir ki, nazir bildirib ki, bir müəllimin səhvinə və cəmiyyətin buna verdiyi reaksiyaya görə bütün məktəblərdə tədbirin təntənəli keçirilməsi dayandırılıb və hazırda tədbir çərçivəyə salınıb.
Nazir əlavə edib: “Cəmiyyətin reaksiyası belə olmamalıdır. Doğrudur, bu yanlış addım idi, lakin uşağın etdiyi ən azından cinayət deyildi”.