Təhsil 365 - Logo Mobile

Bahar Muradova: “Uşaqlar gələcəyimizin işıqlı aynalarıdır”

5215.09.2025 - 11:51
Bahar Muradova: “Uşaqlar gələcəyimizin işıqlı aynalarıdır”

Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağda on minlərlə uşaq məktəb həyatına qədəm qoyub.

“Tehsil365” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu münasibətlə təbrik müraciəti yayıb.

Bahar Muradova bildirib:

“Bu gün Azərbaycanın hər guşəsində, eləcə də azad Qarabağımızda 10 minlərlə körpə ürək yeni, böyük bir yola çıxır. Təhsil, elm və inkişaf naminə öz kövrək addımlarını atan 139 mindən çox uşaq əslində dövlətimizin sabahına yön alan möhtəşəm yolun uğurunu təmin edənlər olacaqlar. Onlar sabahın elm adamları, müəllimləri, həkimləri, mütəxəssisləri, ən başlıcası isə Vətəni sevən, onu qoruyan və inkişaf etdirən gəncləri olacaq.

Bu sevinc dolu gündə xüsusi qürurumuz var: artıq illərlə həsrətini çəkdiyimiz Qarabağda da ilk zənglər çalınmaqdadır! Prezident İlham Əliyevin qətiyyətli iradəsi, dövlətimizin güclü siyasəti və xalqımızın birliyi ilə dirçələn Qarabağda məktəb və universitet qapılarının balalarımızın üzünə açılması tariximizin parlaq səhifəsidir. Bu, həm də Azərbaycan xalqının iradəsinin, dövlətin gücünün və milli birliyimizin rəmzidir.

Uşaqlarımız gələcəyimizin işıqlı aynaları, Azərbaycanın insan kapitalının ən qiymətli sərvətidir. Onların hərtərəfli inkişafı, sağlam və xoşbəxt böyüməsi, milli və ailə dəyərləri ruhunda tərbiyə alması dövlət siyasətinin mərkəzindədir. Məhz bu baxışla ölkəmizdə uşaq hüquqlarının qorunması, keyfiyyətli təhsilin əlçatanlığı, erkən inkişaf və ailə mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu ümummilli missiyanın fəal iştirakçılarındandır. Biz uşaqların hüquqlarının qorunması, ailələrin sosial rifahının yüksəldilməsi, uşaqlara yönələn bütün növ zərərli təsirlərin qarşısının alınması kimi sahələrdə mühüm layihələr həyata keçirməkdəyik. Məqsədimiz hər bir uşağın öz istedadını azad və təhlükəsiz mühitdə reallaşdıra bilməsidir.

Əziz balalar, bu gün sizin bayramınızdır! Sizi bu münasibətlə ürəkdən təbrik edir, bilik dolu, rəngarəng və maraqlı məktəb illəri arzulayırıq! Bilin ki, Vətənimiz sizinlə fəxr edir, dövlətimiz isə sizin xoşbəxtliyiniz üçün daim yanınızdadır. Müəllimlərinizin, valideynlərinizin, cəmiyyətimizin sevgisi və qayğısı isə sizin yol yoldaşınızdır.

Dəyərli dostlar, gəlin hər birimiz üçün əziz olduğu qədər də anlamlı bir gündə məktəb qapısını ilk dəfə açan, gələcəyə gedən yolumuzu öz saf və kiçik ürəkləri ilə işıqlandıran hər bir uşağı ürəkdən təbrik edək və onlarla gələn gələcəyimizi birlikdə qoruyaq”.

Rəşanə İsamqızı

Xəbər Lenti

İƏT Mədəniyyət Festivalının tarixi dəyişib17.09.2025 - 13:00
Sumqayıtda gənclər üçün natiqlik təlimi17.09.2025 - 12:50
Qazax-Tovuz bölgəsində hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri üçün seminarlar keçirilib17.09.2025 - 12:40
Almaniyada təhsil sahəsində əhəmiyyətli dəyişikliklər17.09.2025 - 12:33
Bakıda III Beynəlxalq apiterapiya və təbiət konqresi keçiriləcək17.09.2025 - 12:30
“İslam deyir ki…” verilişində “Tövbə” mövzusu müzakirə olunub17.09.2025 - 12:20
Azərbaycanlı idmançı Nağıyev Şahlar Misirdə növbəti qələbəsini qazanıb17.09.2025 - 12:10
18 Sentyabr – Milli Musiqi Günü ölkə üzrə qeyd olunacaq17.09.2025 - 12:00
ABŞ və Rusiyada təhsil sahəsində yeni dəyişikliklər17.09.2025 - 11:59
Peşə təhsil pilləsində təhsilalanların köçürülməsi və bərpası prosesi davam edir17.09.2025 - 11:40
Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün peşəkar inkişaf təlimləri başa çatıb17.09.2025 - 11:30
ABŞ azlıq tələbələrə ayrı-seçkilik edən bəzi proqramları dayandırır17.09.2025 - 11:24
Loudoun County məktəblərində kişi şagird ayrı-seçkiliyi17.09.2025 - 11:03
Azərbaycanda institutun adı dəyişdi - QƏRAR17.09.2025 - 11:00
Kəpənəklərin ömrü ilə bağlı yanlış təsəvvürlər17.09.2025 - 10:37
ABŞ Təhsil Departamenti azlıq icma məktəb və universitetlərinə $1.15 milyard ayırdı17.09.2025 - 10:27
Pneumoniya: patofiziologiya və müasir antibiotik terapiyası17.09.2025 - 10:24
İbn Xaldun - tarix elminin və sosiologiyanın banisi17.09.2025 - 10:14
ABŞ-də süni intellekt şirkətlərinə qarşı intihar iddiaları17.09.2025 - 10:07
Əhliman Əmiraslanov: "Rezidentura təhsilinin yeni əsasnaməsi hazırlanır".17.09.2025 - 09:39
Hər il 30-40 min uşaq məktəbəqədər təhsilə cəlb edilir17.09.2025 - 09:28
Naxçıvan peşə liseylərində 14 yeni ixtisas yaradılıb17.09.2025 - 09:16
Nurlan Paşayev “Türküstan kuboku”nda bürünc medal qazanıb17.09.2025 - 09:06
Üç peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib17.09.2025 - 08:56
Biləsuvarda stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçirilib17.09.2025 - 08:44
10 azərbaycanlı tələbə 2025–2026-cı tədris ilində Qazaxıstanda təhsil alacaq17.09.2025 - 08:34
Gənclər və İdman Nazirliyinin əməkdaşları arasında kartinq yarışı keçirilib17.09.2025 - 08:25
Peşə təmayüllü siniflərin qrup rəhbərləri üçün təşkil olunan təlimlər yekunlaşıb17.09.2025 - 08:18
Nazir müavini və DİM sədri Bərdə Dövlət Peşə Təhsil Mərkəzini ziyarət ediblər17.09.2025 - 08:00
Gəncə şəhərində "Səhər İdmanı" layihəsi davam edir17.09.2025 - 07:45
ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü keçirilib17.09.2025 - 07:30
Zəngli saatdan əvvəlki “şam saatları”17.09.2025 - 07:15
"Naxçıvanda 5 universitet yaratmaq olar"- Deputat17.09.2025 - 07:12
Qısa müddətdə yaddaşı gücləndirən texnikalar17.09.2025 - 07:00
Azərbaycanlı tələbələr Qazaxıstanda təqaüdlə təhsil alacaqlar17.09.2025 - 06:54
Uğurlu təqdimat hazırlamaq üçün praktik tövsiyələr17.09.2025 - 06:53
Elçin Əfəndi: "Son 7 ildə I sinfə gedən uşaqların sayı kəskin azalıb"17.09.2025 - 06:52
Təqaüd qazanmaq üçün tələbələrin diqqət etməli olduğu məqamlar17.09.2025 - 06:41
Deputat: Hər il təhsil haqlarının artmasını qınayırıq17.09.2025 - 06:38
Vaxt idarəsini öyrədən faydalı vərdişlər17.09.2025 - 06:30
Dünya Xəstə Təhlükəsizliyi Günü17.09.2025 - 06:25
Türkiyədə tələbə mübadiləsi proqramlarına artan maraq17.09.2025 - 06:22
Maliyyə çətinliyi səbəbindən universitetdə böyük ixtisar planı17.09.2025 - 06:20
Britaniyada təhsil alan azərbaycanlı tələbələrin təcrübələri17.09.2025 - 06:10
ABŞ tarixində bir gündə ən çox qan tökülən savaş17.09.2025 - 06:08
Bakıda ana və iki övladı avtomobil vurub17.09.2025 - 06:05
Xaricdə təhsil üçün maliyyə dəstəyi yolları17.09.2025 - 06:00
BAAU yeni ișə başlayacaq müəllimlərlə görüș keçirib17.09.2025 - 05:58