Global Olympiad Center (GOC) 2024–2025-ci tədris ili üçün təsis etdiyi məktəbli təqaüd proqramının qaliblərinin adlarını açıqlayıb.
“Tehsil365” xəbər verir ki, mərkəzin məlumatına görə, minlərlə iştirakçı arasından seçilən 9 istedadlı şagird beynəlxalq olimpiada və yarışlarda (AIMO, IMC, TIMO, WMTC və s.) topladıqları nəticələrə əsasən təqaüd qazanıblar. Təqaüdlərə yalnız 70 və daha çox bal toplamış şagirdlər namizəd ola biliblər.
Proqram çərçivəsində şagirdlər aşağıdakı təqaüdlərə layiq görülüblər:
Heydər Əliyev adına “Diamond Təqaüdü”
Polad Həşimov adına “Zəfər Qızıl Təqaüdü”
Lütfizadə adına “Gümüş Təqaüdü”
Tusi adına “Bürünc Təqaüdü”
Təqaüdlər sentyabr ayından etibarən 9 ay müddətində aylıq ödənişlər şəklində veriləcək. Məqsəd yalnız nəticəni deyil, həm də gənclərin inkişaf və zəhmətini qiymətləndirərək onları motivasiya etməkdir.
Təqaüd qazananlar: Cüneyd Qəmbərov, Cəmil Qasımov, Suel Dəmirzada, Murad Rəcəbov, Yusif Həsənzada, Səid Məmmədov, Daria Dmitriyeva, İlkin Qurbanzadə və Fərhad Osmanov.
GOC qalibləri təbrik edərək onların uğurları ilə qürur duyduğunu bildirib.