15 sentyabr – Bilik günü Nəsimi rayonunun bütün orta məktəblərində qeyd olunub.
“Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, günlə bağlı məktəblərdə hazırlıq işləri görülüb, rəngarəng tədbirlər təşkil edilib.
Çıxış edənlər müəllim və şagirdləri təbrik edərək ötən tədris ilində rayonda əldə olunan uğurları vurğulayıb, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələrin dövlətin təhsilə qayğısı sayəsində mümkün olduğunu bildiriblər.
Tədbirlərdə Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamının bu gün də dövlət siyasətinin əsasını təşkil etdiyi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub, savadlı və vətənpərvər gənclərin yetişməsinə töhfə verir.
Müəllim və valideynlər yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Şagirdlərin hazırladığı kompozisiyalar, vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər alqışlarla qarşılanıb.