Abşeron rayonu Hökməli qəsəbəsində müasir standartlara cavab verən yeni tam orta məktəb fəaliyyətə başlayıb.
Abşeron-Xızı regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, məktəb Abşeron-Xızı regional təhsil idarəsinin tabeliyində I–XI sinifləri əhatə edən tam orta ümumtəhsil müəssisəsi kimi fəaliyyət göstərir.
1371 şagirdin təhsil alması üçün nəzərdə tutulmuş məktəb 50 sinif otağı və 80 nəfərlik peşəkar müəllim heyəti ilə xidmət göstərir. Təhsil ocağı müasir infrastrukturla təchiz olunub: fizika, kimya və biologiya laboratoriyaları, 2 İKT kabineti, kompüter sinfi, idman zalı və açıq idman meydançası, 8000-dən çox kitab fondu olan kitabxana, inklüziv təhsil otaqları, akt zalı və yeməkxana şagird və müəllimlərin istifadəsinə verilib.
Yeni məktəb bölgədə təhsilin keyfiyyətinin artırılmasına və şagirdlərin hərtərəfli inkişafına xidmət edəcək.