Bu ildən etibarən bütün Bakı məktəbləri “Rəqəmsal məktəb” platformasına qoşulub. Artıq sinif jurnallarının doldurulması, sənədləşmə işləri və valideynlərlə ünsiyyət məhz bu platforma vasitəsilə aparılacaq.
“Tehsil365” xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Günə davam” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, yeni sistemin tətbiqi ilə şagirdlərin gündəliyinə ehtiyac qalmayacaq.