Şirvan məktəbinin pedaqoji heyəti vahid geyim formasından istifadə edəcək.
“Tehsil365 xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müəllim kollektivi yeni tədris ilinə vahid geyim formasında başlayıb.
Məktəbdə müəllim heyətinin eyni formada geyimdən istifadəsi pedaqoji kollektivdə nizam-intizamın və peşəkar mühitin gücləndirilməsinə xidmət edir.