“I sinfə gedən uşaqların sayı azalır: Demoqrafik vəziyyət narahatlıq doğurur”
“Tehsil365”in məlumatına əsasən, bu barədə Elçin Əfəndi bildirib ki, boşanmalar, oğlan uşağı istəmələr və tək övlad istəmələr demoqrafik vəziyyətə mənfi təsir göstərir.
O qeyd edib ki, əhalinin təbii artımındakı dəyişiklikləri son 7 tədris ilində I sinfə gedən uşaqların sayında görmək mümkündür:
2019-2020: 159 644 uşaq
2020-2021: 165 511 uşaq
2021-2022: 153 312 uşaq
2022-2023: 151 560 uşaq
2023-2024: 137 862 uşaq
2024-2025: 132 261 uşaq
2025-2026: 130 000 uşaq
Elçin Əfəndi vurğulayıb ki, aidiyyəti qurumlar məsələyə ciddi diqqət yetirməlidir.