Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub. Onlardan 1-i “Ümumi təhsil müəssisələri” kateqoriyası, 68-i isə “Fərdi layihələr” kateqoriyası üzrə fərqlənib.
“Tehsil365” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.