2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində 2025/2026-cı illərdə xaricdə təhsil almaq hüququ qazanan şəxslər hansı ali mətktəblərin məzunlarıdır?
"Tehsil365"in məlumatına görə, universitetdən AzEdu.az-a verilən məlumatda qeyd olunub ki, Təhsil Portalı olaraq universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki magistratura üzrə 55 məzun xaricdə dövlət hesabına təhsil almaq hüququ əldə qazanıb.
Bakı Dövlət Universiteti (BDU) üzrə doktorantura səviyyəsi üzrə 5, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və UFAZ-da magistratura üzrə 60, Bakı Ali Neft Məktəbi (BANM) üzrə 34 nəfər, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) üzrə 8 nəfər Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ əldə edib.
Qeyd edək ki, Xəzər Universitetindən birəməkdaş bu proqramla İngiltərəyə gedəcək. Belə ki, o, "təhsil ixtisası" üzrə təhsilini davam etdirəcək.